Terrorçular Türkiyə hərbi hissələrinə hücum etdi - Ordu şəhid verdi

Suriyanın Tel-Rıfat bölgəsində terrorçu PKK/PYD qruplaşması Münbiç bölgəsində Türkiyə hərbi hissələrinə hücum edib.

Hücum zamanı bir hərbçi şəhid olub, səkkizi isə yaralanıb. Türk ordusunun əks hücumu zamanı 15 terrorçu öldürülüb.  

PKK/YPG terror qruplaşmalarının Suriyanın Hasəkə şəhərinin Dərbəsiyə qəsəbəsindən Mardin şəhərinin Qızıltəpə rayonunda yerləşən Taşlıca Məhəlləsinə havadan hücumu zamanı isə iki vətəndaş ölüb, on ikisi yaralanıb.

Qeyd edək ki, Türkiyə hərbçilərinə hücum oktyabrın 11-də olub.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Əməliyyatlar zamanı 560 terrorçu zərərsizləşdirilib. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu