Gülüstan qalasının üzərinə “Qarabağ Azərbaycandır və nida işarəsi” lövhəsi asıldı - FOTO

Şamaxıda bir qrup gənc maraqlı aksiya keçirib. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, gənclər Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı düşmənə şillə kimi layiqli cavab olan “Qarabağ Azərbaycandır və nidaişarəsi” cümləsinin həkk olunduğu lövhə hazırlayıb. 

Onlar həmin lövhəni şəhərin ən ucqar nöqtəsinə yerləşdirmək məqsədilə tarixi Gülüstan qalasına yürüş ediblər. Müəyyən bir məsafəni avtomobillə qət edən gənclər daha sonra yollarına piyada davam ediblər. Onlar əllərində Azərbaycan bayrağı və hazırlanmış lövhə ilə birlikdə dəniz səviyyəsindən 1014 metr yüksəkliyə qalxıblar. 

Altı saat davam edən yürüş uğurla nəticələnib. Gənclər axşam saatlarında dağın zirvəsində yerləşən Gülüstan qalasına gələrək, tarixi qala divarına həmin lövhəni yerləşdirib. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu