İsa Həbibbəyli ordenlə təltif edildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsa Əkbər oğlu Həbibbəylinin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə İsa Əkbər oğlu Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu