Sanksiyalar Ankaranı yolundan döndərməyəcək: "Barış çeşməsi" davam edir

“Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında hərbi əməliyyatın aparılması razılaşdırılsa da, Pentaqonda və Konqrensdə müəyyən qrup Ankaraya qarşı sanksiyaların tətbiq edilməsində Trampa təzyiq edirlər”.

Bunu Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Siyasi şərhçi vurğulayıb ki, Türkiyənin müstəqil və regionda söz sahibi olması bəzi qrupları ciddi narahat edir:

“ABŞ Türkiyənin Suriyada PKK və YPG terror təşkilatına qarşı apardığı “Barış Pınarı” əməliyyatına görə, müdafiə, daxili işlər və bir neçə nazirə sanksiyalar tətbiq etdi. Tramp polad rüsumunun qaldırılması yolu ilə Türkiyə iqtisadiyyatına zərbə vuracağını qeyd edir. Gələn ay Ərdoğanın Vaşinqton səfəri bu sanksiyalardan dolayı təxirə düşə bilər. Ancaq ABŞ-ın sanksiyaları Türkiyənin apardığı əməliyyatları təxirə salmayacaq”. 

Politoloq: "Türkiyənin Suriyada uğurlu hərbi əməliyyatları ABŞ və Avropanı narahat edir"


Ekspert vurğulayıb ki, ABŞ maliyyə və lojistik dəstək verdiyi YPG-nin məğlub edilməsini həzm edə bilmir: 

“Türkiyə Suriyada 40 kilometrlik bufer zona yaratdıqdan sonra əraziləri bir müddət nəzarətdə saxlayacaq. Bu səbəbdən Avropanın bir neçə dövləti Ankaraya silah satışına embarqo qoyub. Göründüyü kimi Türkiyənin Suriyada uğurlu hərbi əməliyyatları ABŞ və Avropanı narahat edir. Ancaq Vaşinqtonun bu sanksiyaları ötəridir. Qısa zaman sonra münasibətlərin yoluna qoyulması istiqamətində tərəflər razılaşacaq. Necə ki, Amerika BMT TŞ-da Türkiyə əleyhinə qətnaməyə veto qoydu. Bir müddə sonra ABŞ-dan böyük bir heyət Ankaraya gələcək və regionda yeni siyasi mənəzərinin formalaşması istiqamətində danışıqlar aparılacaq”.

M.Əsədullazadə bəyan edib ki, Vaşinqton bundan sonra Türkiyə ilə əməkdaşlıq etmək məcburiyyətində qalacaq: 

“Vaşinqtonun əməkdaşlıq etdiyi YPG terror quruplaşmasının fəaliyyəti geniş arealda məğlubiyyətə düçar oldu. Bu əməliyyatdan dolayı Suriyada ABŞ-ın mövqeyi zəifləyəcək. Rusiya məhz buna görə Anakaranın hərbi əməliyyatlarına dəstək verdi”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu