Rusiyanı azərbaycanlılarsız təsəvvür edə bilmirəm - Gilmüddinov

Azərbaycan neçə illərdir etibarlı tərəfdaşımızdır. Rusiya ilə Azərbaycanın münasibətləri daim inkişaf edir. Bizi nəinki iqtisadi, həm də mühüm mədəni, mənəvi tellər, ənənələr birləşdirir. Qarşılıqlı münasibətlərimizdə əldə etdiyimiz gücün daha da artacağına çox ümidvaram.

Bu fikirləri Report-a Dövlət Dumasının Millətlər komitəsinin sədri İldar Gilmüddinov deyib.

Rusiyalı deputat bu gün iki ölkə arasında həm dövlət, həm də vətəndaşlar səviyyəsində isti və dost münasibətlərinin bərqərar olduğunu qeyd edib: “Həm Azərbaycanda, həm də Rusiyada xeyli birgə tədbirlər keçirilir, onların təşəbbüskarı heç də təkcə dövlət təşkilatları deyil. Məsələn, bu günlərdə Avrasiya Xalqları Assambleyasından olan həmkarlarımız Bakıda olub, birgə görüşlər, tədbirlər keçiriblər. Deməli, vətəndaşlarımız da görüşmək, təmas qurmaq istəyirlər. Bu da ümumi köklərimizdən, yalnız bir yerdə daha irəli getmək mümkünlüyünü dərk etməyimizdən irəli gəlir”.

“Ölkəmizi azərbaycanlılarsız təsəvvür edə bilmirəm. Tariximiz də birdir, gələcəyimiz də. Bir yerdə yaşamalı, çalışmalı, dostluq etməli, bir-birimizə kömək olmalıyıq. Əlbəttə ki, bu gün ölkəmizdə müxtəlif xalqlar arasında dostluq, qarşılıqlı anlaşmanın olmasında Azərbaycanın rəhbərliyinin də, ictimai təşkilatlarının da çox mühüm payı var”, - İ.Gilmüddinov bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu