Süni intellekt beyin fəaliyyətinin pozuntularını aşkarlayacaq

Rusiya və Almaniya neyrofizioloqlar qrupu beyinin elektrik aktivlik siqnallarını analiz edən və onun fəaliyyətində müxtəlif pozuntuların izini aşkarlayan süni intellekt təqdim edib.

“İctnews” xəbər verir ki, süni intellektin əsasını birbaşa yayılan neyroşəbəkə təşkil edir.
Bu növ neyron şəbəkələr çoxfunksional olmasa da, bir əsas tapşırıq əsasında ixtisaslaşan sürətli alqoritmlər yaratmağa imkan verir.
Neyroşəbəkə beyinin elektrik aktivlik siqnallarında oxşar qanunauyğunluqları axtara bilir. Tədqiqat çərçivəsində alimlər epilepsiya inkişafına meyilli altı siçovulun iki beyin nahiyəsindən daxil olan məlumatların analizini aparıblar.

Süni intellekt epilepsiyanın inkişafı ilə əlaqədar növbəti tutma zamanı beyinin qabığı və dərin strukturları arasında qarşılıqlı əlaqə növünün dəyişikliklərini nümayiş etdirib. Bundan başqa, onun hesablamaları sinir sisteminin normal vəziyyətdə, eləcə də tutma başlamazdan əvvəl bu nahiyələr arasında qarşılıqlı əlaqə tipini nəzərdən keçirməyə və müqayisə etməyə imkan verib.
Gələcəkdə bu alqoritmləri insan beyini haqqında məlumatların təhlili üçün miqyaslı süni intellektin yaradılmasında istifadə etmək mümkündür.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu