Notr-Dam kilsəsi haqqında serial çəkiləcək

Fransanın "Vendome" şirkəti Parisdəki Notr-Dam kilsəsində baş verən yanğınla bağlı serial çəkəcək.

Axşam.az xəbər verir ki, serial 4-6 bölümdən ibarət olacaq.

“Ekran əsərini mümkün qədər faktlara əsaslandırmağa çalışacağıq. Senaridə müəyyən dəyişikliklər ola bilər. Yanğınla bağlı yeni faktlar üzə çıxdıqca filmə əlavə olunacaq”, deyə “Vendome”un rəhbəri Filip Ruselle bildirib.

Qeyd edək ki, bu il aprelin 15-də kilsədə yanğın baş vermişdi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu