Yasamalda ağac qırıldı: 3 nəfər ağacın altında qalıb - FOTO

Yasamal rayonunda ağacın budağının aşması nəticəsində xəsarət alan üç nəfərdən ikisinin kimliyi məlum olub.

Hadisə metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında baş verib. Ağacın iri budağı qırılaraq dayanacaqda olan 3 nəfərin üzərinə düşüb. Bu zaman 1952-ci il təvəllüdlü Məmmədova Sərfinaz Əhməd qızı, 1980-ci il təvəllüdlü Leyla Abbasova və daha bir nəfər xəsarət alıb.

Hər üç yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onlardan S.Məmmədovaya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Digər yaralıların vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Hadisə yerində olan əməkdaşlarımızın verdiyi məlumata görə, yaxınlıqda olan digər ağacın budağı da qırılaraq dayanacağın yaxınlığına düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.

Qeyd edək ki hadisə dünən axşam saatlarında baş verib. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu