Trampın köməkçisi Ankaraya gəlir

ABŞ vitse-prezidenti Mayk Pens cümə axşamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Prezidentin yardımçısı Ərdoğana bir həll yolu tapılana qədər sanksiyaların qüvvədə qalacağını bildirəcək”, - deyə bildirilib.

Qeyd edək ki, ABŞ Milli Təhlükəsizlik müşaviri Robert Obrayen və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin Türkiyəyə gələcəyi gözlənilir. Penslə bağlı xəbər isə ziddiyyətlidir. Belə ki, onun nümayəndə heyətinə rəhbərlik edəcəyi bildirilirdi, eyni zamanda, Pensin Türkiyəyə gələ bilməyəcəyi barədə də məlumat yayılmışdı.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu