Tanınmış biznesmen Rusiyada həlak oldu - FOTO

Rusiyada yaşayan tanınmış azərbaycanlı biznesmen Əlişah Süleymanov avtomobil qəzasında həlak olub.

Lent.az -ın Rusiya KİV-ə istinadən məlumatına görə, hadisə Yujnouralsk – Maqnitoqorsk magistralında baş verib. Məlumata görə, Süleymanovun 43 yaşlı sürücüsü hərəkətdə olan Toyota Land Cruiser markalı avtomobilin idarəetməsini itirərək aşırıb. Nəticədə Əlişah Süleymanov həlak olub.

Əlişah Süleymanov “Ruslada” şirkətinin prezidenti idi. Regionda xeyriyyəçiliyi ilə tanınırdı. O, uşaq evlərinə, kilsələrə, kimsəmiz və xəstələrə davamlı yardımlar etməklə də regionda ad çıxarmışdı.

Süleymanovun özündən sonra 3 uşağı qaldı.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu