Həmsədrlər Qarabağa gəliblər

ATƏT-in Minsk qrupunun həmsədrləri işğal altındakı Dağlıq Qarabağa səfər ediblər. APA -nın “aysor.am”a istinadən verdiyi xəbərə görə, ATƏT-in Minsk qrupunun həmsədləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik separatçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanla görüşüblər.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb, qoşunların təmas xəttindəki vəziyyət müzakirə edilib.
Qeyd edək ki, həmsədrlər bundan əvvəl Ermənistanda Baş Nazir Nikol Paşinyan və Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla görüşüblər. Vasitəçilər regiona səfər çərçivəsində Bakıya da gələcəklər.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu