Türkiyə Avropaya xəbərdarlıq etdi

“Sülh çeşməsi” əməliyyatımızın başlanması ilə birlikdə PKK ünsürlərinin, xüsusən Avropa ölkələrində zorakılıq xarakteri daşıyan aksiya və fəaliyyətlərin davam etdiyini qayğı ilə izləyirik.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi informasiya yayıb.

“Türk toplumunun iş yerləri və evlərinə, məscidlərimizə, nümayəndəliklərimizə və təmsilçilik əməkdaşlarımıza qarşı edilən terror xarakterli hücumlara qarşı etinasız qalmağın izahı ola bilməz. Əlaqədar ölkələrdən xaricdəki diplomatik və konsul təmsilçiliklərimizin, vətəndaşlarımızın, personalımızın can və mallarının təhlükəsizliyinin qorunması və türklərin mənfəətinə xələl gəlməməsi üçün görülən tədbirlərin artırılması və məsələ ilə bağlı həssaslıq göstərilməsi ilə bağlı gözləntilərimizi xatırladırıq”, - Türkiyə DİN bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu