Həmsədrlər separatçılarla girovların mübadiləsini müzakirə ediblər

“Biz saxlanılan şəxslərin dəyişdirilməsi məsələsinə də toxunduq. Bu mənada bir neçə ideyamız var, onların reallaşması üçün işlər davam edir”.

APA -nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.

Onun sözlərinə görə, işğal altındakı Dağlıq Qarabağda separatçı rejimin "rəhbəri" ilə görüş zamanı humanitar məsələlər müzakirə olunub.

“Biz bu yaxınlarda Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin sədri Piter Mauerlə görüşüb, bu mövzu ətrafında söhbət aparmışıq”, - rusiyalı həmsədr qeyd edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu