Azərbaycanın bu 5 universiteti dünya reytinqinə daxil oldu


Azərbaycanın 5 universiteti dünya reytinqinə daxil olub.
AzEdu.az xəbər verir ki, bu barədə ali təhsil müəssisələrinin növbəti reytinq (QS EECA University Rankings 2020) cədvəlində əks olunub.
Oktyabrın 15-də Böyük Britaniyanın Quacquarelli Symonds şirkəti Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin ali təhsil müəssisələrinin növbəti reytinqini (QS EECA University Rankings 2020) açıqlayıb.

Reytinqə Azərbaycanın 5 universiteti daxil edilib:

Bakı Dövlət Universiteti (201-210);

Xəzər Universiteti (221-230);

Azərbaycan Dövlət İqtisad Universiteti -UNEC (251-300);

Azərbaycan Memarlıq və İnşaat Universiteti (301-350);

ADA Universiteti (301-350).

Paylaş

Bizi Facebookda izləyin
menu
menu