Deputat: "Azərbaycan və digər türk dövlətləri qarşılıqlı investisiya yatıracaqlar"

“Türk Şurasına üzv olan dövlətlər Avrasiya materikində 160 milyona yaxın əhalini və 1,5 trilyon dollarlıq bir iqtisadiyyatı olan regionu əhatə edir”.  Bunu Sherg.az-a açıqlamasında millət vəkili Tahir Mirkişili deyib. 

Deputat bildirib ki, Türk Şurası üzvləri arasında olan iqtisadi münasibətlər, bütövlükdə Qərblə Şərq arasındakı əlaqələrdə aktiv iştirak hər bir dövlətin iqtisadi marağına xidmət edir: 

“Ötən 10 ilin statistikasına nəzər salsaq, görərik ki, Azərbaycan Türk Şurası üzvləri ilə ticarət dövriyyəsini 2,7 dəfə, icraxını isə 7,6 dəfə artırıb. Həmçinin digər türk respublikalarının iqtisadiyyatına 15 milyard dollara yaxın investisiya qoyub. Qərb və Şərq istiqamətində iqtisadi münasibətlərin aktivləşməsi Azərbaycan və digər türk dövlətlərinin bir-birinə qarşılıqlı investisiya qoymasına, iqtisadi əlaqələri daha da dərinləşdirməsinə imkan yaradır. Eyni zamanda sahibkarlıq mühitini daha da inkişaf etdirməklə, innovasiyalı iqtisadiyyat qurmaq imkanı verir”. 

Parlament üzvünün sözlərinə görə, hazırda Avrasiya materikində ciddi iqtisadi proseslər gedir: 

“Avropa Birliyi ilə Çin və Hindistan arasında iqtisadi münasibətlər getdikcə aktivləşir. İpək yolunun Orta Dəhlizi məhz Türk Şurası üzvlərinin yerləşdiyi regiondan keçir. Azərbaycan isə bu dəhlizin aktivləşməsi üçün kifayət qədər iri həcmli investisiyalar yatırır. Türk Şurası üzvləri tranzit nəqliyyat imkanlarından istifadə edərək böyük fayda əldə edə bilərlər. Nəticə etibarı ilə Türk Şurası öz inteqrasiya imkanlarından istifadə edərək ölkələr arasında mövcud olan taarif, gömrük və kvota məsələlərini həll edə bilər. Bu dəyişiklik isə tranzit nəqliyyat yüklərinin daha sürətli və əlverişli daşınmasına kömək edər”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu