Messi altıncı dəfə “Qızıl buts” aldı 

İspaniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi “Qızıl buts” mükafatını alıb.

Oxu.Az xəbər verir ki, UEFA-ya üzv olan ölkələrin çempionatlarının ən yaxşı bombardiri üçün təsis olunan mükafat cənubi amerikalıya təqdim edilib.

2018/19 mövsümündə La Liqada 36 qol vuran Messi 72 xal toplayıb. 32 yaşlı argentinalı bunu 34 matçda gerçəkləşdirib.

Qeyd edək ki, Lionel Messi karyerasında altıncı dəfə bu mükafata sahib çıxıb. O, 2009/10, 2011/12, 2012/13, 2016/17 və 2017/18 mövsümlərində də bu uğura imza atıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu