Rəsmi Bakı türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü və görüşdə müzakirə olunan məsələlər  ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da gücləndirilməsinə xidmət edir. Bakıda keçirilən Zirvə Görüşü Türk Şurasının yaradılmasının 10-cu ildönümünə təsadüf edir. Ötən dövr ərzində Türk Şurası çox səmərəli fəaliyyət göstərib".

Bu sözləri Sherg.az-a millət vəkili Sevinc Fətəliyeva deyib.

Deputat qeyd edib ki, bu dövr ərzində mədəni, humanitar , iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar adılıb:

"Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir. Həmçinin ölkəmiz türkdilli ölkələr arasında əlaqələrin güclənməsində də maraqlıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin əhəmiyyətini xüsusi vurğulayıb. Bütövlükdə,  türkdilli xalqları bir-birinə tarixi, milli, dini və mədəni köklər bağlayır. Bu səbəbdən də münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Vacib məqamlardan biri də odur ki, beynəlxalq müstəvidə də türkdilli dövlətlər bir-birini hər zaman fəal surətdə dəstəkləyir. Zirvə Görüşündə dövlət başçıları münasibətlərin inkişafı ilə bağlı vacib təkliflər irəli sürdülər. Gələcəkdə bu təkliflərin reallığa çevrilməsi isə türkdilli dövlətlərin birliyini daha da gücləndirəcək.



Sevinc Fətəliyeva: "Gələcəkdə Zirvə Görüşündə verilən təkliflərin reallığa çevrilməsi isə türkdilli dövlətlərin birliyini daha da gücləndirəcək"


Türk Şurasına sədrliyin Qırğızıstandan Azərbaycana keçdiyini xatırladan millət vəkilinin sözlərinə görə, ölkəmiz təşkilata uğurla sədrlik edəcək:

"Bu platforma qloballaşan dünyada bütün türk dünyasının birliyi baxımından çox önəmlidir. Ona görə də, gələcəkdə türkdilli dövlətlər arasında əlaqələrin daha da güclənəcəyi şübhəsizdir". 

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu