İmamoğlu İstanbulda ailələrə pulsuz süd paylayır - FOTO

İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 16 oktyabr Beynəlxalq Qida günü ilə əlaqədar “Xalq Süd” layihəsinə start verib. Belə ki, 120 nəfər işçinin, 60 yük maşınının cəlb olunduğu layihə, İstanbulun 39 qəsəbəsini əhatə edəcək, 76 mindən çox ailə, o cümlədən 92 mindən çox uşağa xidmət göstərəcək, ayda 750 min litr süd paylanılacaq.

Türkiyə mediası xəbər verir ki, layihənin ilk günü Əkrəm İmamoğlu ailələrin pulsuz südlə təminatı kampaniyasına şəxsən qatılıb, özü yük maşınını idarə edib. O, çıxışı zamanı vurğulayıb ki, aztəmintlı ailələrə dəstək, onların sosial rifahının yaxşılaşdırılması üçün işlər davam edir: “Layihəyə gəlincə, belə ailələrin 3-6 yaş arası uşaqlarına ayda 8 litr olmaqla pulsuz süd veriləcək”.



Paylaş

Bizi Facebookda izləyin
menu
menu