Məkkədən Mədinəyə gedən avtobus yandı – 36 zəvvar öldü

Səudiyyə Ərəbistanında baş verən ağır yol qəzasında azı 36 zəvvar ölüb.

TASS xəbər verir ki, qəza Məkkə ilə Mədinəni birləşdirən yolda olub.  

Asiya və Yaxın Şərq ölkələrindən gələn zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşub. Nəticədə avtobus tamamilə yanıb.

Qəzada azı 36 zəvvar həlak olub. Hadisə zamanı avtobusda 39-40 nəfər olub. Onların 4-ü xəstəxanaya yerləşdirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu