19 oktyabr mitinqi: Bitmiş adamın son çırpıntıları



Bakı şəhər İcra Hakimiyyət Milli Şuranın mitinq istəyinə müsbət cavab verdi. Ayın 19-da Mitinqin Lökbatan ərazisində keçirilməsi üçün yer də ayrıldı.
AXCP sədri, əslində Milli Şuranın da faktiki rəhbəri Əli Kərimli isə Azərbaycan Konstitusiyasının ona verdiyi hüquqdan istifadə etmək əvəzinə yenidən qarşıdurma yaratmaq yolunu tutdu. Adam nəinki cəmiyyətə və qanunlara hörmətsizlik nümayiş etdirir, üstəlik övladlarını xaricdə gizlətdiyi halda, elə övladları yaşda gəncləri qarşıdurmaya yollayır. Kərimli mitinqçiləri Bakının mərkəzinə, “28 may” metro-stansiyasının qarşısına çağırmaqla, tək məqsədinin təxribat olduğunu yenə də sübut etdi.  Adamın mahiyyəti, bu.

Əslində, Milli Şuranın ardıcıl iki dəfə Lökbatanda icazəli mitinq keçirməkdən imtina etməsi, qarşıdurmaya cəhd göstərməsi ölkə daxilində müəyyən gərginlik yaratmaq cəhdindən başqa bir şey deyil.

Düzdür, Kərimlinin bu tip çağırışları ölkədə heç bir çaxnaşma yaratmaq iqtidarında deyil. Azərbaycanda bu tip çağırışlar keçməz. Bəs nədir Kərimlini buna vadar edən? Axı elə həmin 28 may metro-stansiyasının yaxınlığından adıgedən Lökbatan qəsəbəsinə 30 dəqiqəlik və 30 qəpiklik yoldur. Tərəfdarlarını - əgər varsa - ora toplamaq Kərimli üçün çətin olmamalıydı. Üstəlik, “Məhsul” stadionunda olduğu kimi polis də mitinqçilərin təhlükəsizliyini qoruyacaqdı.  Söhbət ondan gedir ki, Əli Kərimlini mitinqin tələblərindən başqa nə desən maraqlandırır. 
Bildiyiniz kimi mitinqin bir neçə tələblə keçirilməsi nəzərdə tutulur. Tələblər arasında Qarabağa azadlıq, seçki islahatları,  uşaq pulu və tibbi sığorta və s. var. Amma onu bu tələblər maraqlandırmır. Onun məqsədi  Qərbdəki ağalarına  “mən istəsəm sabitliyi pozaram” mesajı verməkdir. Məhz bu mesajlar qarşılığında Kərimli öz uşaqlarını ABŞ və İngiltərədə rahat şəkildə yaşada bilir. Amma başqasının balasını icazəsiz aksiyaların ağuşuna atır. Millət vəkili Elşən Musayevin bir arqumenti çox dəqiqdir. Sitat:

“Bu ssenarinin ilkin rüşeymlərini 8 oktyabr piketindən sonra növbəti dəfə sezdik. Həm də bütün çılpaq ayrıntılarla bərabər sezdik. Məram və konstitusion qayda qaldı bir kənarda, ancaq xaos yaratmaq, video çəkib imitasiya eləmək, özlərinin yazıq obrazını cəmiyyətə sırımaq xətti ön plana keçdi. Buna səbəb odur ki, Əli Kərimli bitmiş adamdır, itirəcəyi heç nə yoxdur, nə özü, nə də siyasət adına. Ona görə xalqı qarşıdurmaya çağırır, tarana gedir. Amma hər zaman olduğu kimi yenə keyfiyyətsizcə, ucuzca, bərbadca, lüzumsuzca gedir. Onunku xalq dərdi deyil, şəxsi qisasdır. O, heç zaman nə milləti düşünüb, nə Qarabağı, nə də siyasi düşərgəni. Tək amalı pislik eləmək, ürək bulandırmaq və qarışıqlıq yaratmaqdır. Mitinqə rəsmi icazənin verilib-verilməyəcəyinin heç nəyi dəyişməyəcəyini öncədən söyləmişdik, proqnozlaşdırmışdıq. Dediyimiz də oldu.
Yəni əvvəldən bilirdik, təxmin edirdik ki, güzəşt olsa da, icazə verilsə də, proses təxribat tərəfə sürüklənəcək, güzəşt olmasa da”.
Amma adam bir həqiqəti də unudur. Azərbaycanda çaxnaşma yaratmaq keçməz! Azərbaycanda prezidentinin ətrafında sıx birləşmiş monolit bir xalq var. Bu xalqı parçalamaq, bu tip ünsürlərə müyəssər olmayacaq.

Səbuhi

Paylaş

Bizi Facebookda izləyin
menu
menu