Seymur Orucov: "Cənab Prezident heç bir məsələni təsadüfən gündəmə gətirmir"

"Prezidentin gənc kadrlarla bağlı mövqeyi çox məntiqli və Azərbaycanın dayanıqlı inişafına yönəlik mühüm açıqlama idi"




"Cənab Prezident heç bir məsələni təsadüfən gündəmə gətirmir". Bunu Sherg.az-a açıqlamasında YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib. 

YAP təmsilçisi vurğulayıb ki, dövlət başçısının iqtisadi müşavirədə diqqət çəkdiyi məqamlar, xüsusən gənc kadrlarla bağlı mövqeyi çox məntiqli və Azərbaycanın dayanıqlı inişafına yönəlik mühüm açıqlama idi: 

“Azərbaycanda gənclər siyasəti, seçkili orqanlarda gənclərin önə çəkilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən başladılıb. Dövlət başçısı İlham Əliyev də müasir dövrün tələblərinə cavab verən, yüksək təhsilli, texnologiyaları bilən, ən əsası isə Vətənini və dövlətini sevən gənclərin önə çəkilməsinə xüsusi diqqət yetirir. Çünki bir insan çox savadlı və qabiliyyətli ola bilər. Əgər həmin gəncin daxilində millət və dövlət sevgisi yoxdursa, bilikli olsa belə, o, cür kadrdan fayda götürmək olmaz. Ona görə də cənab Prezident həm savadı önə çəkir, həm də xüsusi olaraq vətənpərvərliyi vurğulayır. Bu da Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi deməkdir. Dövlət başçısı gənclərlə görüşü zamanı onlara müasir texnologiyalara yiyələnməyi, savadlı olmağı, dil öyrənməyi, bunlarla yanaşı, milli-mənəvi dəyərlərə sahib çıxmağı tövsiyyə edir. Milli-mənəvi dəyərlərimiz Vətənimiz, dövlətimiz, torpağımız və bayrağımızdır. Düşünürəm ki, cənab Prezidentin bu strategiyası bütün qurumlarda, dövlət və özəl sektorlarda prioritet olmalıdır”.

S.Orucovun sözlərinə görə, müasir biliklərə yiyələnmiş vətənpərvər gənclərin dövlət qulluqlarında önə çəkilməsi çox mühümdür: 

“Şəxsən Prezidentimiz bunu həyata keçirən ən birinci şəxsdir. Dövlət başçısının rəhbərliyi və həyata keçirdiyi siyasət sayəsində Prezident Administrasiyasında və Parlamentdə gənclər təmsil olunur. Dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına imtahan yolu ilə qəbulun həyata keçirilməsi kifayət qədər ciddi islahatdır. Mərkəzi hakimiyyətdə, yerli icra orqanlarında gənclərin önə çəkilməsi göz önündədir. YAP ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində gənc namizədlərin sayını 50 faizə çatdırmaq istəyir. Ümumən, bu istiqamətdə çox uğurlu işlər görülür. Bütün bunların hamısı da Azərbaycanın davamlı inkişafına verilmiş mühüm töhfələrdir. Dövlət başçısı məqam yetişdikdə bu məsələlərin hamısına şəxsən nəzarət edir və müsbət nəticələrin əldə olunmasına şərait yaradır".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu