ŞOK rəqəmlər: dünyada hər gün 15 mindən çox uşaq ölür – SƏBƏB?

 Hər gün dünyada 5 yaşa qədər olan 15 mindən artıq uşaq ölür.

“Sherg.az” “sciencesetavenir.fr” saytına istinadən xəbər verir ki, “Nature” jurnalı bu məsələyə dair geniş araşdırma aparıb. Araşdırmada qeyd olunur ki, 2000-2017-ci illər ərzində 99 ölkədən 123 milyon uşaq qayğısızlıqdan, keyfiyyətsiz qidalardan  və aclıqdan dünyasını dəyişib.
Ölənlərin 90 faizi 0 -5 yaş aralığında olanlardır. 

2018-ci ildə isə bu rəqəm 7 milyon artaraq 130 milyona çatıb. Yaşa görə, körpələrin ölüm səbəbləri dəyişir. 1 yaşdan az olan olan körpələrin çoxu vaxtından əvvəl doğulduğu üçün ölü, 2-4 yaşlı uşaqlar malyariya, ishal xəstəlikləri və respiratuar infeksiyardan dünyasını dəyişirlər. 


Bundan başqa, dünyadakı aclıq, səfalət, uşaq hüquqlarının kobud şəkildə pozulması və sosial, siyasi ədalətsizliklər nəticəsində də xeyli sayda uşaq ölür. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu