Lukaşenko açıqladı: "Vəzifədən getdikdən sonra..."

Belarus Prezidenti Aleksandr Lukaşenko vəzifədən getdikdən sonra hansı işlə məşğul olacağını açıqlayıb.

Axar.az “Sputnik Belarus”a istinadən xəbər verir ki, Lukaşenko bu barədə Prezident yanında İdarəetmə Akademiyasının əməkdaşları və tələbələri ilə görüşdə danışıb.

“Prezidentlik postundan getdikdən sonra mən nə işlə məşğul olardım: Hər hansı qurumda rektor ola bilərdim. Lakin vəzifədən getməzdən əvvəl özünü təyin edə bilməzsən. Müəllim – bu, mənim dərk etdiyim məsələdir”, - deyə prezident bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu