Ərdoğan: "Terrorçular bölgəni tərk etməyə başlayıb"

ABŞ-la anlaşmaya əsasən PKK/PYD və YPG terror qruplaşmaları 120 saat ərzində Suriyanın şimalındakı ən önəmli sayılan təhlükəsizlik bölgəsini boşaltmalıdırlar.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Milli Müdafiə nazirindən aldığım məlumata əsasən, terrorçular artıq bu gündən Suriyanın şimalını tərk etməyə başlayıblar.

Bizim qüvvələrimiz əraziləri tərk etməyəcək. Terroçuların çıxmasına nəzarət edəcək. Hazırda vəziyyət yaxşıdır. Hər hansı atışma qeydə alınmayıb.

ABŞ-ın vitse-prezidenti Maykl Pens ilə olan anlaşmamız istənilən kimi olsa, hər hansı problem olmayacaq. 120 saat uğurla başa çatarsa, Putinlə də görüşümüz olacaq”, - deyə prezident bildirib.

Qeyd edək ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələri Suriyanın şimalında “Barış pınarı” antiterror əməliyyatlarına başlayıb.

Əməliyyatlar zamanı Suriyanın 42 kəndi olmaqla, ümumilikdə 109 kilometr ərazisi terrorçulardan azad edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu