Azyaşlılar köməksiz vəziyyətdə qaldı

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov, Suraxanı və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı beş müraciət daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən üçü azyaşlı olmaqla, altı nəfərin liftdən çıxarılması təmin edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu