Gəncədə iki yaşlı uşaq xlor içdi

Gəncədə azyaşlı kimyəvi maddə olan xlor içərək zəhərlənib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, 2017-ci il təvəllüdlü Verdiyev Yusif valideynlərinin nəzarətindən yayınaraq maye halında olan yuyucu maddə içib.

Azyaşlı dərhal şəhər 2 nömrəli Uşaq Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra onun vəziyyəti kafi qiymətləndirilir. 

Fakt araşdırılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu