Bakıda tikintidə faciə: Başına boru düşən fəhlə öldü

Bakıda tikintidə ölüm baş verib.

Trend-in verdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Neftçilər prospektində yeni tikilən yaşayış binasının inşası zamanı olub.

Orada işləyən Bakı şəhər sakini, 30 yaşlı Ramiz Vəli oğlu İsmayılov tikinti ərazisində işlədiyi vaxt başına boru dəyib. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hüquq-mühafizə oqanları hadisə yerinə gələrək meyiti və hadisə yerini müayinə edib, meyit daxili müayinə üçün Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon Şöbəsinə təhvil verilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu