Bakıda sürücüyə qarşı soyğunçuluq edildi

Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edən Qazax rayon sakini A.Bağırov oktyabrın 17-də saat 19 radələrində idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin qismində minən 2 nəfərin onu döyərək 88 manat pulunu və mobil telefonunu apardıqlarını bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlərdən Gəncə şəhər sakini S.Ələkbərov qısa müddətdə müəyyən edilərək saxlanılıb, digər şəxs isə müəyyən edilib.
Xətai rayon Polis İdarəsində tərəfindən araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu