“Neftçi”yə 40 min avroluq cərimə

“Neftçi” PFK UEFA tərəfindən 40 min avro dəyərində cərimələnib. 

Oxu.Az xəbər verir ki, buna səbəb UEFA Avropa Liqasının III təsnifat mərhələsinin avqustun 8-i “Bakcell Arena”da keçirilmiş “Neftçi” – “Bney Yehuda” oyununda (2:2) azarkeşlərin meydana kənar əşyalar tullaması olub.

Xatırladaq ki, avqustun 15-i “Ha Moşava” stadionunda baş tutmuş cavab matçında 1:2 hesabı ilə məğlub olan komandamız Avropa Liqasında mübarizəni dayandırmışdı.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu