Gürcüstandan partlayıcı vasitələr gətirən şəxs saxlanıldı 

Pirotexniki vasitələri ölkəyə qeyri-qanuni şəkildə gətirmək istəyən şəxs saxlanılıb. 

DGK-dan verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Mercedes-Benz E320” markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib. 

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. 

Avtomobilə gömrük baxışı zamanı minik maşınının arxa oturacağı ilə yük yerinin arasından və ehtiyat təkərinin içərisindən, gömrük nəzarətindən gizlədilən 48000 ədəd “Enigma”, 107 ədəd “Tropic Fire”, 20 ədəd “Mega Piratka” və 11 qutu “Strzelajace Diabeiki” adlı pirotexniki vasitələr aşkar olunub. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu