Qubada ikimərtəbəli ev yanıb 

Qubada ikimərtəbəli ev yanıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Güləzi kəndində baş verib. Kənd sakini Əsədov Kamil Gəncəli oğluna məxsus ikimərtəbəli fərdi yaşayış evi əşyaları ilə birlikdə yanıb.

Yanğın yerinə Quba rayon DYMH-nin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsində ümumi sahəsi 176 kvm olan fərdi yaşayış evininin 134 kvm hissəsi yanıb, 42 kvm hissəsi və yaxınlıqdakı tikililər mühafizə olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu