Kərimi təhqir etdilər 

Müğənni Kərim Abasov dünən etdiyi paylaşımla izləyicilərini aldadıb.

Aaxşam.az xəbər verir ki, o, oktyabrın 18-də günorta saatlarında Lalə Mustafayevanın fotosunu paylaşaraq, aparıcının “Maşın” şouda qalib olduğunu yazıb.
“Lalə təbrik edirəm, “Maşın” qalibi” şərhini yazan Kərim gecə saatlarında əsl qalibin Suna Kasımoğlu olduğu ortaya çıxandan sonra izləyicilərin hiddəti ilə qarşılaşıb.
Sosial şəbəkə istifadəçiləri ifaçın ünvanına tənqidlər və təhqirlər yazıblar. Onların fikrincə, Kərim izləyici yığmaq üçün bu addımı atıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu