Əli Kərimli və dəstəsi "düşmən dəyirmanına su tökür"

Sahib Alıyev:"Radikallar növbəti dəfə ölkəmizi ləkələmək üçün anti-Azərbaycan dairlərə "fakt" verməyə çalışırdı"


"Qərbdə haylara havadarlıq edən, yaxud da onlarla işbirliyində olan  çevrələr dünəndən etibarən ölkəmizə qarşı kampaniyaya başlayıblar. "Qoca, qadın demədən Azərbaycan polisi elə etdi, belə etdi",- yazaraq fotolar paylaşırlar. Əslində  dünən qanunsuz mitinqə cəhd etməklə Əli Kərimli və dəstəsinin də məqsədi bu idi".

"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Sahib Alıyev bildirib.

Parlament üzvünün sözlərinə görə, radikallar növbəti dəfə Azərbaycanı ləkələmək üçün onlara "fakt" verməyə çalışırdı:

Bəs qanunsuz aksiya keçirən, yaxud da aksiya zamanı azacıq həddini aşanlarla həmən qərbdə-ABŞ-da, Böyük Britaniyada, Almaniyada, Fransada, İsveçdə, Hollandiyada, İspaniyada və digərlərində necə davaranırlar? Necə davranacaqlar  olduqca sərt və amansızcasına, etirazçıların üzərinə hətta at və itlə gedirlər ki, həmin ölkələrdə baş verən aksiyalar zamanı çəkilən fotolarda bu dediklərim öz əksini tapır.
Bizim polislərə gəldikdə, ölkəsində əmin-amanlıq istəyən bir vətəndaş olaraq  onlara dünən göstərdikləri yüksək peşəkarlığa və qətiyyətə  görə  təşəkkür edirəm!"

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu