Terrorçular atəşkəsi pozdu, türk əskəri Suriyada şəhid oldu

Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında bir türk əskərinin şəhid olduğunu, digərinin isə yaralandığını açıqlayıb. 

"Şərh.az" oxu.az-a istinadən bildirir ki, nazirlikdən verilən yazılı açıqlamaya görə, hadisə Tel Abyad bölgəsində terrorçuların atəşkəsi pozması nəticəsində baş verib. 

Türk ordusu cavab atəşi ilə qarşı tərəfi susdurub. 

Qeyd edək ki, Türkiyə ilə ABŞ arasındakı razılaşmaya əsasən, 120 saatlıq atəşkəs imzalanmış, buna uyğun olaraq terrorçular Türkiyənin müəyyən etdiyi təhlükəsiz bölgəni tərk etməli idilər. Amma PKK/YPG/PYD silahlıları ara-sıra atəşkəs rejimini pozaraq anlaşmaya əməl etmirlər. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu