Ağdamda yol qəzası, 2 yaralı 



Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.  

"Sherg.az" "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə rayonun İmamqulubəyli kəndində qeydə alınıb. Belə ki, Ağdam rayon Quzanlı qəsəbə sakini 1990-cı il təvəllüdlü Qurbanov Ceyhun Əşrəf oğlu idarə etdiyi "NİVA" markalı avtomobili yol kənarındakı işıq dirəyinə, daha sonra ağaca çırpıb.

Nəticədə sürücü Cehun Qurbanov və sərnişin Bərdə rayon Cəyirli kənd sakini 1980-cı il təvəllüdlü İbadov Mətləb Süleyman oğlu müxtəlif dərəcəli bədən xəsarələri alıblar. Yaralılar Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olduğu üçün hər iki yaralı Ağdam rayon Təcili Tibbi Yardım maşını ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlər yaralıların vəziyyətləri orta-ağır olduğu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu