Bədbəxt hadisə: üzərinə budaq düşən kişi...

 
Oğuz rayon sakini dağlıq-meşəlik ərazidə bədbəxt hadisə nəticəsində ölüb.
APA -nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Xal-Xal kənd inzibati ərazisinin yaxınlığındakı dağlıq-meşəlik sahəsində baş verib.
Rayon sakini, 1960-cı il təvəllüdlü Xanlar Ağaşirin oğlu Nəbiyev meşəlik ərazinin şabalıd ağacları olan sahəsində ağac budayan zaman iri budaq onun üzərinə düşüb. X. Nəbiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu