Pentaqondan Suriya açıqlaması: Vəziyyət sabitləşir



Pentaqon rəhbəri Mark Esper Türkiyə ilə atəşin müvəqqəti dayandırılmasına dair razılaşmadan sonra Suriyanın şimal-şərqindəki vəziyyətlə bağlı danışıb.

 Axar.az xəbər verir ki, Esper bölgədə vəziyyətin sabitləşməsinin müşahidə olunduğunu deyib:

"Bəzi hallada pozulsa belə, atəşkəs rejiminə ümumən riayət olunur".

Pentaqon rəhbəri həmçinin ABŞ-ın mütəmadi olaraq İŞİD döyüşçülərinin saxlandığı həbsxanalara nəzarət edən Suriya Demokratik Qüvvələri ilə əlaqə saxladığını bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu