Bakıda bir qrup qadın zorakılığına qarşı aksiya keçirib - FOTO



Bu gün saat 15.00 radələrində bir qrup feminist qadın Bakının Nizami küçəsində, “Torqovı” adlanan ərazidə aksiya keçirib.

APA-nın məlumatına görə aksiya iştirakçıları qadınlara qarşı  zorakılıq edilməsini və qadınların qətlə yetirilməsini pisləyib, “Şiddətə susma!”, “Şiddətə dözmə!” şüarları səsləndiriblər.

Onlar Azərbaycanın məişət zorakılığına qarşı mübarizəni nəzərdə tutan İstanbul konvensiyasına qoşulmasını tələb ediblər.

Polis icazəsiz aksiyanın qarşısını alıb. Aksiyada heç bir insident baş verməyib.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu