Yunanıstanın Krit adasındakı mağaralar kirayə verilir



Yunanıstanın Lassiti bölgəsinin Xrisopiqi kəndində mağaralar “AirBnb” xidməti tərəfindən kirayə verilir.

AZƏRTAC xəbər verir ki, yeni yanaşma Djannadakis adlı iş adamı tərəfindən tətbiq olunub. 17 il əvvəl bir neçə mağaranı alan iş adamı turistlərin burada qalması üçün lazımi şərait yaradıb və yeni yay mövsümü üçün onların tam hazır olduğunu bildirib. İş adamının fikrincə mağaralardakı hotellər turistlərin bura axınına, kəndin tarixinin və bölgənin mədəniyyətinin öyrənilməsinə təkan verəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu