Konqoda avtobus aşıb, 24 nəfər ölüb



Konqoda Mbanza-Nqunqu şəhəri yaxınlığında avtobus aşıb.

APA-nın xəbərinə görə, bu barədə “Actualite” nəşri məlumat yayıb.

Avtobusda 100-ə yaxın ticarətçi olub. Qəza nəticəsində ən azı 24 nəfər ölüb, yaralılar var.

Şahidlər avtobusun dağdan enərkən aşdığını və yanmağa başladığını bildiriblər. Qəzanın dəqiq səbəbi hələ məlum olmasa da, şahidlər hadisənin əyləc sistemindəki problemlə bağlı olduğunu söyləyiblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu