Ağdaşda su kanalında batan 34 yaşlı şəxsin meyiti tapılıb


Ağdaş rayonunun Bulaqotağı kəndində, Şirvan su kanalında batdığı ehtimal olunan 1985-ci il təvəllüdlü Məmmədov Əlibaba Namizəd oğlunun axtarışları başa çatıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ə. Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu