“Mançester Yunayted” yay transferlərinə 350 milyon avro xərcləyəcək



İngiltərənin “Mançester Yunayted” klubunun mövsümlərarası dövr üçün transfer xərcləri bəlli olub.

APA-nın məlumatına görə, klub rəhbərliyi yayda yeni futbolçuların alınması üçün 350 milyon avro ayıracaq.

“Qırmızı şeytanlar” bir neçə böyük transfer etməyi də planlaşdırır. Mançesterlilərin almaq istədiyi oyunçular siyahısında “Lion”un hücumçusu Mussa Dembele, “Lester”in yarımmüdafiəçisi Ceyms Meddison, “Atletiko”nun futbolçusu Saul Niqes yer alıb. Qışda bu futbolçuların keçidi baş tutmasa, onların transferi də yaya saxlanılacaq.

Qeyd edək ki, 8 oyunda 9 xal toplayan “Mançester Yunayted” 14-cü pillədə qərarlaşıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu