ABŞ-da üç əsgər təlimlər zamanı həlak olub


Bu gün ABŞ-ın Corciya ştatında keçirilən təlimlərdə ölkənin üç hərbi qulluqçusu həlak olub, üç nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "WKRG" yerli telekanalı bildirib.

Faciənin təlim meydanında Fort Stüartdakı 3-cü piyada diviziyasının 1-ci Zirehli Briqadasının təlimlərində iştirak edən Bradley zirehli texnikasının uğradığı qəza nəticəsində baş verdiyi bildirilir.

Hərbiçilərin ölümü yerindəcə müəyyənləşdirilib, zərərçəkənlər xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar hazırda istintaq aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu