Deputat: "Ermənistan məqsədli şəkildə Qarabağ münaqişəsini uzatmağa çalışır"

"Ermənistan hakimiyyəti məqsədli şəkildə Dağlıq Qarabağ münaqişəsini uzatmağa çalışır".

Sherg.az-ın məlumatına görə, bu sözləri millət vəkili Şahin İsmayılov Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu qeyri-konstruktiv mövqeyə münasibət bildirərkən deyib. 

Deputat qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında qalması yolverilməzdir. Onun sözlərinə görə,  münaqişə ilə bağlı  Azərbaycanın mövqeyi dəyişməzdir:

“Qarabağ problemi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Münaqişənin həlli ilə bağlı mötəbər təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul olunub. Problem beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Başqa həll yolu yoxdur".

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu