Oksana ilk həyat yoldaşının şiddətinə məruz qaldığını etiraf edib



Qadına əl qaldıran kişi, ən zəif, ən aciz, özünə güvənməyən kişidir. Mən heç onları kişi də saymıram.

Bu sözləri rəqqasə və aktrisa Oksana Rəsulova "X maqazin" proqramında deyib.

O, ilk həyat yoldaşının şiddətinə məruz qaldığını etiraf edib:

"İlk dəfə günlərlə ağlayırdım, küsürdüm. Sonra qorxu hissi yarandı, ikinci dəfə evdən qaçdım, rəfiqəmin evinə sığındım. Birinci həyat yoldaşımdan belə zərbələr almışam. Bu da bizim boşanma səbəbimiz olub".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu