Zamanın tələbi: Qadınlarımız maariflənməli, savadlı olmalıdırlar - AKTUAL

Dünən Bakının Nizami küçəsində, “Torqovı” adlanan ərazidə  bir qrup feminist qadın aksiya keçirib. Aksiya iştirakçıları qadınlara qarşı  zorakılıq edilməsini və qadınların qətlə yetirilməsini pisləyiblər. Onlar “Şiddətə susma!”, “Şiddətə dözmə!” şüarlarını səsləndiriblər.

Aksiya iştirakçıları Azərbaycanın məişət zorakılığına qarşı mübarizəni nəzərdə tutan İstanbul konvensiyasına qoşulmasını tələb ediblər. Polis icazəsiz aksiyanın qarşısını alıb, heç bir insident baş verməyib.

Qeyd edək ki, ölkəmizdə qadınlara şiddət və zorakılığa qarşı müvafiq qanunlar var. Cəmiyyətdə hansısa neqativ hallar yaşanan zaman bu qanunlar çərçivəsində tədbir görülür. Atası, qardaşı, əri və ya sevgilisi tərəfindən öldürülən, qadın məhz qanunun tələbi ilə müdafiə olunur. Şiddəti törədənlər isə qanunvericiliyin tələbi ilə cəzalandırılır. Bəs, belə olduğu təqdirdə bu cür aksiyaların keçirilməsinə ehtiyac varmı?

Sualımızı cavablandıran tanınmış jurnalist Jalə Mütəllimova Sherg.az-a bildirib ki, əslində dünənki aksiya haqq, hüquq tələbi deyildi. 

Onun sözlərinə görə, aksiya içtirakçıları icazəsiz mitinqin davamlı olmasına cəhd eləsələr də, alınmadı:



Jalə Mütəllimova: "Qadını cahil olan bütün cəmiyyətlər məhvə məhkumdur"


“Qaldı ki, qadın hüquqlarına. Bunu dünən yox, Elina həlak olandan sonra, iki gün öncə bir qadın iyirmi bıçaqla qətlə yetirilən, ondan əvvəl Tovuzda əri qadının başını kəsdiyi gün etməli idilər. Ya da məsələn, üç oğlu qarşısında mətbəx bıçağı ilə başı kəsilən qadına görə edə bilərdilər. Məhz dünən yada düşməsi təəccüblüdür. Ayrıca qadın hüquqları məsələsinə gəlincə, ölkədə bu işlə Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi məşğul olmalıdır. Qanunların işlək vəziyyətdə olması üçün məhz onlar mübarizə aparmalı və işləməlidir. Ortada heç bir iş və məsuliyyət yoxdur.

Azərbaycan qadınları maariflənməli, savadlı olmalıdırlar. Bunu bizdən zəmanə tələb edir. Qadını cahil olan bütün cəmiyyətlər məhvə məhkumdur. Qarşımızda Suriya, Liviya, Əfqanıstan və ərəb ölkələri simasında xeyli ciddi nümunələr var”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu