Ərdoğan: "Terror qruplaşmaları NATO-ya üzv olub?"

Bütün ölkələr terrorçuların yanında mövqe tutdu və hamısı birlikdə bizə hücum etdi. NATO ölkələri də, Avropa ölkələri də buna daxildir. Bəs siz terrora qarşı çıxırdınız?! Nə zamandan terrorla birlikdə hərəkət etməyə başladınız? Bu terror qruplaşmaları NATO-ya üzv oldu, bizim xəbərimiz olmadı? Bu necə işdir, necə bir ağıl tutulmasıdır?

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Türkiyə sadəcə bölgəsində deyil, dünyanın dörd bir tərəfində öhdəliyini yerinə yetirməyə çalışır. BMT-də bütün ölkələrin daimi üzv ola biləcəyi yeni islahatları həyata keçirməliyik. Dünya II Dünya müharibəsindən sonrakı dünya deyil. Elədirsə, bu islahat; həyata keçirmək lazımdır. Bizi terror qruplaşmasının qələmdaşlarından deyil, bizdən dinləyin. Biz bunu istəyirik. Bizi andlı Türkiyə düşmənlərinin söylədikləri ilə qiymətləndirmək yerinə gəlib burada nələr yaşandığına baxın. Filtrlərinizi bir kənara qoyun, açıq və şəffaf olun”, - Ərdoğan bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu