İstanbulda Əhməd bəy Ağaoğlu ilə bağlı Simpozium başladı - FOTOLAR

Bu gün İstanbul Universitetində Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar olaraq, “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük Simpozium öz işinə başlayıb. 

Sherg.az-ın xəbərinə görə, tədbir Azərbaycan İlahiyyat İnstitutu, İstanbul Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Türk Ocaqları İstanbul şöbəsinin birgə təşkilatçılığı ilə keçirilir.

Simpoziumda Azərbaycandan tarix elmləri doktoru, professor Solmaz Tohidi, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan "Türk ocaqları"nın başqanı, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, tarix üzrə fəlsəfə doktoru, professor Firdovsiyyə Əhmədova, millət vəkili Fazil Mustafa iştirak edirlər. Onlar Simpoziumda məruzə ilə çıxış edəcəklər. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu