Tünzalə, Röya və Mir Yusif "Xalq artisti" oldu - SƏRƏNCAM

Prezident İlham Əliyev 3 sənətçiyə "Xalq artisti" fəxri adının verilməsi ilə bağlı sərəncam imzalayıb. 

Sherg.az Azərtaca istinadən sərəncamın mətnini təqdim edir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Xalq artisti” fəxri adı verilsin:

Ağayeva Tünzalə Qabil qızı

Mirbabayev Mir Yusif Mir Heydər oğlu

Nəcəfova Röyalə Yaqub qızı.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu