Moskvada Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib 

Moskva vilayətində yerləşən “Metrovaqonmaş” ASC-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirilib.

APA -nın Moskva müxbirinin verdiyi məlumata görə, mərasimdə “Metrovaqonmaş” ASC-nin daxil olduğu “Transmaşholdinq” ASC-nin direktor müavini Atyom Ledeneyev, “Metrovaqonmaş” ASC-nin baş direktoru Boris Boqatıryov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə Heydər Əliyevin tapşırığı ilə zavodun ərazisində ümumi sahəsi 15,8 min kvadrat metr olan vaqon istehsalı korpusu tikilib istismara verilib. Hazırda burada metro vaqonlarının istehsalına dair müasir sexlər fəaliyyət göstərir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu